Ru
18:15 / 02 May 2024

Fransa Ukraynaya hansı qoşunları göndərəcək? - Ekspert açıqladı

1115
Rusiyalı hərbi ekspert Anatoli Matviyçuk Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hansı qoşunları göndərə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Bakupost.az xəbər verir ki, o, News.ru portalına müsahibəsində Fransa parlamentinin razılığı olmadan Makronun Ukraynaya yalnız Xarici legionun qüvvələrini göndərmək hüququna malik olduğunu deyib.

O qeyd edib ki, bu, bütün Avropa, o cümlədən keçmiş SSRİ ölkələrindən olan muzdluları özündə birləşdirən kifayət qədər döyüşkən bölmədir. Bununla yanaşı, Matviyçuk qeyd edib ki, Xarici legionda ağır silahlar yoxdur. Onların yalnız səhra artilleriyası, AMX təkərli tankı, həmçinin piyadaların döyüş maşınları və zirehli texnikası var.

Rəqəmlərə gəlincə, nəzəri olaraq Makron Ukraynaya 10 minə qədər hərbçi göndərə bilər. Ekspert vurğulayıb ki, bu, “fransızların tam məğlubiyyəti” ilə yekunlaşa bilər.

Xatırladaq ki, Fransa lideri bir müddət əvvəl jurnalistlərə Rusiya Silahlı Qüvvələri Ukraynada cəbhəni yarıb keçərsə, oraya ordu göndərə biləcəyini deyib.

Zaur, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər