Ru
22:41 / 16 May 2024

Sənədsiz evlərin qeydiyyatı asanlaşır - VİDEO

Sənədsiz evlərin qeydiyyatı asanlaşır - VİDEO
Eye

Bu ilin sonuna kimi sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi və "əmlak amnistiyası” gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarmadasının payına düşür.

Onun sözlərinə görə, bəzi evlər "əmlak amnistiyası”ndan kənarda qalacaq.

Ekspert deyir ki, paytaxtın Qaradağ, Binəqədi, Nərimanov, Xəzər, Sabunçu və Suraxanı rayonlarında qadağan olunmuş ərazilərdə təxminən 30 minə yaxın həyət evi inşa olunub.

Ekspertin sözlərinə görə, bəzi ərazilərdə kommunikasiya xətlərinin yerini dəyişməklə həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsi də müzakirə olunur.

Qeyd edək ki, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portal hazır vəziyyətə gətirilir. Daşınmaz əmlakla bağlı sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq.

Bakupost.az "Xəzər xəbər"in mövzu ilə bağlı dvideomaterialını təqdim edir.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar