Türkiyənin Siirt vilayətində silahlı atışma baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Olay yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub.
İnsident barədə ətraflı məlumat verilməyib.