Ru
10:47 / 13 Fevral 2025

Gəncədə yol çökdü, “Ford” xəndəyə düşdü

Gəncədə yol çökdü, “Ford” xəndəyə düşdü
Eye

Gəncə şəhərində su borusunun partlaması nəticəsində yol çöküb və avtomobil xəndəyə düşüb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Rəfibəyli küçəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtomobili yolun çökməsi səbəbindən yaranan xəndəyə düşüb.

Məlumat üçün bildirək ki, bir müddət öncə sözügedən ərazidə su və kanalizasiya xətti çəkilib. İşlər müəyyən fasilədən sonra yenidən davam etdirilib. Sıradan çıxan borular fərdi evlərə çəkilən xətlərdir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar