Ru
12:08 / 12 Dekabr 2022

General gizlənir - Aksiyaçıların qarşısına sərxoş polkovnik çıxdı - VİDEO

General gizlənir - Aksiyaçıların qarşısına sərxoş polkovnik çıxdı -  VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Lakin bu saatadək Volkov etirazçıların tələblərini dinləməyə gəlməyib. Onun əvəzində etirazçıların qarşısına sülhməramlıların polkovnik rütbəli hərbçisi çıxıb. Etirazçılar ondan Volkovun hadisə yerinə gəlməsini tələb edirlər. Aksiyada iştirak edənlərdən biri rus polkovnikin içkili olduğunu bildirib.

"Bu sərxoşdur, bundan spirt qoxusu gəlir", - deyə o, bildirib.




Zaur
BakuPost

Həmçinin oxuyun:





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar