Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:26 / 25 İyun 2024

Göyçayda quldurluq edən maskalı şəxslər saxlanıldı

1356
Göyçay rayonunda quldurluq hadisəsi törədilib. Zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər.

Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar