Ru
22:43 / 10 İyun 2024

Günəşdə çox olmaq dəri xərçəngi riskini 8 dəfə artırır - Xəbərdarlıq

2166
Tətil zamanı günəşin zərərli şüalarından qorunmaq, ondan zövq almaq qədər vacibdir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, günəş yanıqları sonrakı yaşlarda melanoma deyilən dəri xərçəngi riskinin 8 qat artmasına səbəb olur.

Türkiyəli mütəxəssis Əlif Cömərt Özər valideynlərə müraciət edərək uşaqların günəş şüalarına məruz qalması zamanıdiqqətli olmalarının vacibliyini vurğulayıb:

“Əslində gənc, yaşlı, qadın və ya kişi olmağımızdan asılı olmayaraq, günəşdən yaxşı qorunmalıyıq. Günəş şüalarının xüsusilə dəri sağlamlığına çox mənfi təsirləri var. Bir çox dəri xəstəliklərinin arxasında günəş şüalarının yaratdığı problemlər dayanır. Günəş şüalarının qocalma əlamətlərini artıran foto-yaşlanma adlanan təsirindən son zamanlarda tez-tez bəhs edilir. Ancaq bu şüaları həm də dəri xərçənginin bir nömrəli səbəbkarıdır. Dəri xərçəngi həm kişilər, həm də qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Melanoma, skuamöz hüceyrə xərçəngi və bazal hüceyrəli xərçəng dediyimiz bu xərçənglər üçün ən əhəmiyyətli risk faktoru günəş şüalarıdır”.

Mütəxəssis günəş şüalarından qorunmaq üçün qoruyucu kremlərdən istifadə etməyin vacib olduğunu bildirib:


“Günəş şüaları, yəni ultrabənövşəyi şüalar dərimizə toxunduqda onun təbəqələrindən keçərək hüceyrələr tərəfindən sorulur. Bu udma nəticəsində müxtəlif oksidləşdirici maddələr və reaksiyalar baş verir. Ona görə də qorunmaq üçün tədbir görməliyik. Bunlardan ən əsası təbii ki, günəşdən qoruyucu kremlər və fiziki qoruyuculardır. Xüsusilə günorta saatlarında günəş şüalarının şaquli olduğu vaxtlarda çöldə, Günəşin altında olmaqdan çəkinməliyik. Günəşə çıxmazdan 15-20 dəqiqə öncə qoruyucu kremlər çəkməli və hər 2-3 saatdan bir bunu yeniləməliyik. Körpə və uşaqlara isə günəş şüalarından qoruyan paltarlar geyindirməliyik”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər