Ru
19:50 / 02 Oktyabr 2026

Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
Eye

Son dövrlərdə xaricdə fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr süni intellekt texnologiyalarından istifadə etməklə yeni və təkmilləşdirilmiş kiberhücumlar həyata keçirirlər.


"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, kibercinayətkar qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatları vasitəsilə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də vətəndaşları hədəfə alırlar.


Çoxsaylı xəbərdarlıqlara və maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar bu cür dələduzluq üsullarına inanaraq cinayətkarların qurbanına çevrilirlər.

Kibercinayətkarlar əvvəlcədən hazırlanmış ssenarilər əsasında hədəfə aldıqları şəxslərə təcili və vacib xarakterli saxta mesajlar göndərirlər. Daha sonra onları hüquq-mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönləndirirlər.

Bu üsulla vətəndaşlardan xarici hesablara pul köçürmək və müxtəlif qanunsuz tapşırıqları yerinə yetirmək tələb olunur.

DTX vətəndaşları rəqəmsal mühitdə diqqətli və ayıq-sayıq olmağa çağırıb. Xidmətdən bildirilib ki, şübhəli müraciət, tələb və ya mesajla qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar