Ru
14:25 / 25 Aprel 2024

Gürcüstandan Ermənistana silah daşınır? - Açıqlama

3035
“Avropa istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının Gürcüstan ərazisində hərəkəti təbii ki, Azərbaycanın müvafiq təhlükəsizlik xidməti orqanlarının nəzarətindən yayına bilməz. Düşünmürəm ki, Gürcüstan hücum məqsədli bu silahların öz ərazisindən Ermənistana buraxılmasına icazə versin”.



Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, qeyd edib ki, bundan əvvəl biz Fransada istehsal olunan “Bastion” zirehli maşınlarının Poti hava limanı vasitəsilə Gürcüstana, ordan isə Ermənistana daşınmasını izləmişdik:

"Bu dəfə də ola bilsin ki, bu texnikalar Ermənistana ötürülsün. Amma bir şeyi də nəzərə almalıyıq ki, Gürcüstanın silahlanmasında bu artilleriya qurğuları mövcuddur. Ona görə də bu haqda əvvəlcədən nəsə demək doğru olmazdı. Lakin hadisələrin gedişatını izləmək və bu texnikaların hara göndərilməsinə dair Gürcüstandakı səfirliyimiz vasitəsilə məlumat əldə etməyə çalışmalıyıq”.

Qeyd edək ki, sosial şəbəkədə Gürcüstan ərazisində özüyeriyən artilleriya qurğularının daşınması müşahidə edilib. Bir çoxları bu silahların Ermənistana daşındığını ehtimal edir.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər