Ru
22:33 / 18 Avqust 2022

Hamı 2 yaşlı bu uşaqdan danışır: 82 yaşlı qadının həyatını xilas etdi - FOTO

8786
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corciya ştatında yaşayan 2 yaşlı uşaq bir anda ölkənin ən çox müzakirə edilən insanına çevrilib.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, Ethan Mur adlı uşaq 82 yaşlı qadının həyatını xilas etdiyi üçün qəhrəman elan olunub.



Belə ki, evlərinin baxçasında oynayarkən bir anda anasının yanına gələn Ethan onu yaxınlıqdakı ağaclara doğru aparmaq istəyib. "Ayaqlar" deyərək anasında maraq oyadan Ethan sonda buna nail olub. Balacanı təqib edən ana ağacların arasında bir qadının uzanmış halda olduğunu görüb. Dərhal təcili yardım çağırılıb.


Həmin qadının 8 avqustdan bəri itkin olan 82 yaşlı Nina Lipskomb olduğu anlaşılıb. Alzaymer xəstəsi olan qadın xəstəxanaya çatdırılıb.


O, xəstəxanadan çıxdıqdan sonra həyatını xilas edən 2 yaşlı Ethanla tanış olub, balacaya çoxlu oyuncaq hədiyyə edib. Onların həmin anlarını əks etdirən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.



Ethan televiziya kanallarına da çıxıb.



Aysel
Baku Post
Hamı 2 yaşlı bu uşaqdan danışır: 82 yaşlı qadının həyatını xilas etdi - FOTO
Hamı 2 yaşlı bu uşaqdan danışır: 82 yaşlı qadının həyatını xilas etdi - FOTO
Hamı 2 yaşlı bu uşaqdan danışır: 82 yaşlı qadının həyatını xilas etdi - FOTO
Hamı 2 yaşlı bu uşaqdan danışır: 82 yaşlı qadının həyatını xilas etdi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər