İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın Qəzzaya hücum zamanı öldürülüb-öldürülmədiyini aydınlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı 3 HƏMAS üzvü zərərsizləşdirilib, onlardan birinin HƏMAS lideri Yəhya Sinvar olması ehtimalı aydınlaşdırılır. Hazırda terrorçuların şəxsiyyətini təsdiqləmək mümkün deyil", - deyə İDF sözçüsü bildirib.