Ru
10:35 / 27 Sentyabr 2022

"O xəbəri eşidəndə məni tər basdı" - Sabir Rüstəmxanlı - VİDEO

12045
“Müharibə haqqında ilk xəbərləri aldığımız gün, 27 sentyabr Azərbaycan tarixinin dönüş nöqtəsidir. Bizim ermənilərlə savaşımız olub, amma heç zaman üz-üzə gəlməmişik. Onların arxasında kimlərsə dayanıb. İlk dəfə onlarla üz-üzə gəldik və onlar haqqında bütün mifləri dağıtdıq. Onların “güclü ordumuz var, yeni savaşa hazırıq, gedib Bakıda çıxarıq” kimi uydurmaları dağıldı. Bu bir də bərpa olunmayacaq”.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı REAL TV-nin efirində 44 günlük Vətən Müharibəsi ilə bağlı danışarkən deyib.


“27 sentyabr göstərdi ki, bu dünyada beynəlxalq qurumların, özünü dünyanın sahibi sayan təşkilatların heç birinin vədinə inanmaq olmaz. Öz gücünə inanmalısan.

27 sentyabrdan başlayan yol, həmin gün xəbəri eşitdikdə məni tər basdı. Son dərəcə həyəcanlandım. O qədər məlumatlar var idi ki, necə qurtara bilər? Nəticə necə olar? Riskli bir addım idi. Ölkə başçısı riskli bir yola getdiyini yəqin ki bilirdi, hamımız bilirdik. Birinci, ikinci gərgin gözləmə günlərindən sonra Azərbaycanın qələbə xəbərləri, tvitləri başladı. Alınan kəndlər, boşaldılan qəsəbələr, ələ keçirilən yüksəkliklər... Həmin günlərdən bildik ki, bu yol qələbəyə gedir. Amma mən şəxsən bu qələbənin 44 gündə əldə olunacağını təsəvvür etmirdim. 44 gündə o dağları keçib, Şuşaya gedəcəyimiz ağlıma gəlmirdi.

Gürcüstandan millət vəkilləri qonaqlarımız var idi. Onlarla Şuşaya gedirdik. Füzuli aeroportunda düşüb, Şuşaya çəkilmiş təzə yolla gedirdik. Yanımda oturan gürcü millət vəkili sual verdi ki, siz neyləmisiz? Bu aeroportu müharibədən sonra tikmisiz? Bu yolu sonradan çəkmisiz? Deyirəm, bəli. Yolun qırağındakı əsgərləri göstərib, dedim bunları onlar, o cavan əsgərlər edib. Başını tutub deyirdi ki, bu ağlasığmaz bir şeydir”.


S. Rüstəmxanlı Qarabağın ermənilər tərəfindən dağıdılıb, viran edilməsindən də danışıb:


“Ağdamın dağıdılıb, o hala salınmasını təsəvvür belə etmirdim... Belə bir millət, Qarabağ bizimdir, deyən xalq (əgər xalq demək mümkündürsə) özünün hesab etdiyi bu torpaqlarda necə vəhşilik edə bilər? Bu vəhşilikləri görəndən sonra anladım, bir daha hiss etdim ki, onlar 30 ildə bizə meydan oxuya-oxuya tikan üstündə oturublar”.


Daha ətraflı videomaterialda:





Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər