Ru
16:34 / 09 Avqust 2022

Hikmət Hacıyevdən Zabux kəndi ilə bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən Zabux kəndi ilə bağlı PAYLAŞIM
Eye

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.


Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.


“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar