Ru
12:51 / 21 Sentyabr 2026

Elza Seyidcahan yenə təəccübləndirdi: Başında sellofan paketlə... - VİDEO

Elza Seyidcahan yenə təəccübləndirdi:  Başında sellofan paketlə... - VİDEO
Eye

Əməkdar artist Elza Seyidcahan bu dəfə də fərqli imici ilə diqqət çəkib.

“Bakupost” xəbər verir ki, sənətçi İçərişəhərdə Milli Geyim Günü münasibətilə keçirilən moda sərgisində görüntülənib.

Müxtəlif xalqların milli geyimlərinin nümayiş olunduğu tədbirdə Elza Seyidcahanın saç düzümü xüsusilə diqqət çəkib. Belə ki, sənətçinin başında sellofan paketə bənzər örtük olub.

E.Seyidcahanın bu görüntüləri sosial şəbəkədə də müzakirə edilib. İzləyicilərdən biri paylaşımın şərh bölməsində yumorla yazıb:

“Yəqin ki, Elza xanım bununla demək istəyir ki, yeri zibilləməyin, zibilləri çölə atmayın. Sonra onlar bizim gözəl vücudumuza, özümüzə qayıdır, ay insanlar”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar