Ru
20:50 / 05 Noyabr 2026

100 manatlıq uşaq pulu kimlərə veriləcək?

100 manatlıq uşaq pulu kimlərə veriləcək?
Eye

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 100 manata çatdırılması nəzərdə tutulur.

Bəs 100 manat müavinət konkret hansı analara və ya valideynlərə veriləcək?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Uğur" Maarifçilik İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev hazırda qüvvədə olan qaydalara əsasən, 3 yaşınadək uşağa qulluğa görə müavinətin işləyən və uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətə çıxan analara, uşağa bilavasitə qulluq edən və həmin məzuniyyəti rəsmiləşdirən atalara, qanunvericiliyə uyğun olaraq uşağa qulluq edən digər ailə üzvlərinə şamil olunduğunu bildirib:

"Əsas şərt qismən ödənişli sosial məzuniyyətin rəsmiləşdirilməsidir. Sadəcə 3 yaşınadək uşağın olması kifayət etmir. Rəsmi iş yeri olmayan və müvafiq sosial məzuniyyəti rəsmiləşdirməyən analar bu müavinəti almaq hüququna avtomatik olaraq malik deyillər.

Təəssüf ki, əldə etdiyimiz məlumata əsasən, 100 manatlıq müavinət işləməyən, evdar analara şamil edilmir. Səbəb budur ki, müzakirə olunan artım 3 yaşınadək uşağı olan bütün analar üçün nəzərdə tutulmuş yeni sosial yardım deyil, mövcud müavinətin məbləğinin artırılmasıdır.

Bu artım rəsmi iş yeri olan, sosial sığorta olunan və uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyət rəsmiləşdirən valideynlərə şamil olunacaq".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar