Ru
19:27 / 05 Noyabr 2026

Prezidentin təltif etdiyi Məryəm Zöhrabova kimdir? – DOSYE

Prezidentin təltif etdiyi Məryəm Zöhrabova kimdir? –  DOSYE
Eye

Azərbaycan radiosunun ilk qadın redaktoru və ilk qadın reportyoru Məryəm Zöhrabova (Zöhrabbəyova) 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.


"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan radiosunun 100 illik yubileyi və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığı sərəncama əsasən, Məryəm Zöhrabova ölkədə medianın inkişafında xidmətlərinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, 1930-cu ildə dünyaya gələn Məryəm Zöhrabova Şuşanın tanınmış Zöhrabəyovlar nəslindəndir.

O, məşhur tacir Abbasqulu bəyin qızıdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailə məcburən soyadındakı “bəy” ifadəsindən imtina edib. Abbasqulu bəyin evi müsadirə olunub, ailəsi isə Bakıya köçməli olub.

Məryəm xanım orta təhsilini Bakının 7 nömrəli məktəbində alıb. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Həmin ildən Azərbaycan radiosunda redaktor kimi fəaliyyətə başlayıb.

Uzun illər radio sahəsində çalışan Məryəm Zöhrabova Azərbaycanın ilk qadın reportyoru və ilk qadın redaktoru kimi tarixə düşüb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar