Hindistan sakini ilanı dişləyərək öldürüb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətində baş verib.
Belə ki, zəhərli ilan tikinti sahəsində yatan dəmir yolu işçisi, 35 yaşlı Santoş Loharı sancıb. Bundan qəzəblənən işçi ilanı iki dəfə dişləyərək öldürüb.
Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.
O, isə ilan sancmasıyla bağlı maraqlı fikirlər səsləndirib:
"Mənim kəndimdə belə bir inanc var ki, ilan səni dişləsə, zəhəri zərərsizləşdirmək üçün sən də onu iki dəfə dişləməlisən”.
Xəstəxanadan verilən açıqlamada isə onun müalicəsinin davam etdirildiyi və həyatı üçün heç bir təhlükə olmadığı qeyd olunub.
Vasif Əlihüseyn
BakuPost