Hindistanın Bihar əyalətində 37-si uşaq olmaqla 46 nəfər dini ayinlər üçün çaylarda boğularaq ölüb.
Bakupost.az xəbər verir ki, Hindistanda qadınların övladlarının rifahı üçün dua etdikləri, oruc tutduqları və birlikdə çaya girdikləri "Jivitputrika festivalı" faciəyə səbəb olub.
Bihar Fəlakətlə Mübarizə İdarəsindən verilən açıqlamada şiddətli yağışın təsirli olduğu əyalətin 15 fərqli bölgəsində 37-si uşaq olmaqla 46 nəfərin çay və gölməçələrdə boğulduğu bildirilib.
Qeyd olunub ki, dini ayinlər üçün suya girən bir çox insan çaylarda suyun təhlükəli səviyyəsinə məhəl qoymayıb.
Axtarış işlərinin davam etdirildiyi vurğulanıb.
Xaırladaq ki, Hindistanda dini bayramlar zamanı ölümlə nəticələnən hadisələr tez-tez baş verir.
İyul ayında Uttar Pradeş ştatında ritual zamanı izdihamda 121 nəfər həyatını itirmişdi.
Digər tərəfdən, Hindistanda hər il iyun və sentyabr ayları arasında musson mövsümündə güclü yağışlar və daşqınlar baş verir.
Elnur
BakuPost