Hindistanda 4 yaşlı uşaqda quş qripinə yoluxma halı aşkarlanıb.
Bakupost.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, bu hadisə Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi A (H9N2) xəstəliyinin aşkarlandığını təsdiqləyib.
Ağır tənəffüs, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb.
Uşağın evdə ev quşları ilə təmasda olduğu bildirilib.
Aygün
BakuPost