Əvvəlcə ayaqlarda, sonra qollarda uyuşma, hissiyatsızlıq olur, sonra isə iflicdəki kimi hərəkət məhdudlaşır. İnsan əl-ayağını hərəkət etdirə bilmir.
Bakupost.az xəbər verir ki, tibdə nadir rast gəlinən Giyen-Barr sindromu kovid və peyvənddən sonra daha da artıb.
Bu, immun sistemin işində pozulma olub, immunitetin sinir hüceyrələnə hücumudur.
Koviddən sonra bir neçə insanda iflicə bənzər əlamətlər olur.
Xəstəlik 6-8 həftə ərzində irəliləyir və xəstənin birtərəfli iflici ilə bitir.
Əzələ və sinir zəifliyi hiss olunur.
Vaxtında aşkarlanarsa, müalicəsi var. Periferik sinir sisteminin polineyropatiyası daha çox qrip, kovid, herpes kimi viruslardan sonra ola bilir.
Bir neçə ölkələrdə kovid və peyvənddən sonra 4-5 Giyen-Barr sindromu barədə rəsmi məlumat var.
Daha çox "AstraZeneka" peyvəndinin payına düşür.
Əgər iflicin beyinlə əlaqəsi yoxdursa, o zaman bu Giyen-Barr sindromudur. Xəstəliyi erkən diaqnoz etmək vacibdir.
Aygün Musayeva
BakuPost