Ru
23:55 / 30 İyul 2022

İki güləşçimiz dünya çempionu oldu

İki güləşçimiz dünya çempionu oldu
Eye

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.


Bakupost.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.


Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.


İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar