Ru
12:53 / 11 Mart 2023

İlham Əliyev Bolqarıstan Prezidenti ilə onlayn görüşdü - Yenilənib-FOTO

2207
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.

Bakupost.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.

Bakupost.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Bolqarıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.

Əvvəlcə bu vacib tədbirdə iştirak etmək üçün səfərinizə görə Sizə təşəkkür edirəm. Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram - keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük. Bir daha xoş gəlmisiniz.

Bolqarıstan Prezidenti Rumen Radev dedi:

- Çox sağ olun cənab Prezident. Dəvətiniz və səmimi qonaqpərvərliyiniz üçün Sizə təşəkkür edirəm. Bizim münasibətləri dərinləşdirdiyiniz üçün bir daha Sizə təşəkkür edirəm. Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjiidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq.

x x x

Görüşdə enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilərək Avropada yeni qaz konnektorunun inşası məsələsinə toxunuldu. Ötən ay Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropaya yaşıl enerji təchiz edən önəmli ölkəyə çevrildiyi bildirildi.

Söhbət zamanı nəqliyyat sahəsində əməkdaşlıqla bağlı Bolqarıstandan Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə tranzit yüklərin həcminin artırılması məsələləri barədə fikir mübadiləsi aparıldı.

Rumen Radev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edibi. Dəvət minnətdarlıqla qəbul olunub.
İlham Əliyev Bolqarıstan Prezidenti ilə onlayn görüşdü -  Yenilənib-FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər