Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:50 / 13 İyul 2024

İngilis tərcüməçinin qonorarı ödənməyib? - Türk Mədəniyyəti və İrsi Fondu cavab verdi - YENİLƏNİB

9780

Azərbaycan əsərlərini ingilis dilinə çevirən britaniyalı tərcüməçi İan Peartın qonorarının verilməməsi məsələsi ilə bağlı Türk Mədəniyyəti və İrsi Fondu açıqlama yayıb.

Bakupost.az açıqlamanı olduğu kimi təqdim edir:

"Beynəlxalq təşkilat – Türk Mədəniyyəti və İrsi Fondu olaraq, cənab Ian Peart-in sosial şəbəkələrdə və mediada yayılan bəyanatı ilə bağlı vəziyyəti şərh etmək istərdik. Bu məlumat həqiqətə uyğun deyil.

Türk Mədəniyyəti və İrsi Fondu ilə cənab Ian Peart arasında heç bir müqavilə və onun tərəfindən göstərilən xidmətlər barədə heç bir saziş imzalanmayıb.

Fondun cənab Ian Peart qarşısında heç bir qanuni öhdəliyi yoxdur.

Biz qətiyyətlə bəyan edirik ki, Türk Mədəniyyəti və İrsi Fondu hər bir hüquqi və fiziki şəxs qarşısında götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir və yetirəcəkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, KİV-i (medianı) məsələnin mahiyyətini tam araşdırmadan əsassız iddialar dərc etməməyə çağırırıq. Öz növbəsində, Fond hər zaman hər hansı bir mövzuda əməkdaşlığa açıqdır.

Bildiririk ki, təşkilatımızın nüfuzuna və imicinə mənfi təsir göstərəcək hər hansı bir şəxs tərəfindən əsassız və yalan iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcəkdir.".

Qeyd edək ki, hazırda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadır. Britaniyalı tərcüməçi İan Peart-ın dediyi hadisə isə Fondun əvvəlki prezidenti Günay Əfəndiyevanın vaxtında baş verib.

***

10.07.2024, 20.09

Azərbaycan əsərlərini ingilis dilinə çevirən britaniyalı tərcüməçi İan Peart Türk Mədəniyyəti və İrsi Fondunun 2023-cü ildə ona çatmalı olan qonorarını ödəmədiklərini bildirib.


Bakupost.az xəbər verir ki, Peart bu haqda sosial şəbəkədə yazıb.

Bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi ilə 2023-cü ilin noyabr ayının əvvəlində redaktə etdiyi kitabı onlara vaxtında göndərib və ödəmə haqda da xatırlatma edib. Lakin buna baxmayaraq, çoxsaylı müraciətləri cavabsız qalıb: "2024-cü ilin mart ayının əvvəlində onların ofisinə getdim, dedilər, “Novruz"a qədər müqavilə göndərəcəklər. Amma müqavilə gəlmədi. Hekayələr ərsəyə gələnə qədər elektron poçtumdakı müraciətlərim, telefon zənglərim cavabsız qaldı. Sonra mənə dedilər ki, tərcümə onlar üçün deyil, başqası üçündür. Hələ baxacaqlar ki, onlar kitabı istəyir, ya yox. O vaxtdan bəri heç bir e-poçt müraciətlərimə və ya telefon zənglərimə cavab verilməyib.

Odur ki, sizlərə tövsiyə edirəm, onlardan təklif gələrsə, diqqətli olun. Mənə də məsləhətiniz varsa, deyin, başqa nə edə bilərəm?

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar