Ru
21:05 / 27 Mart 2024

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı
Eye

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:

“O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifalar yer alır. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar