Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:16 / 03 İyul 2024

İntervalı yarım saat olan çirkli-paslı avtobuslar kimindir? - VİDEO

5385
Hər dəfə gediş haqqı artdıqca ictimai nəqliyyatın təkmilləşdirilməsi və sərnişinlərin rahatlığının təmini üçün müxtəlif vədlər verilir. Ancaq təəssüf ki, bu vədlərin çoxu yerinə yetirilmir və ictimai nəqliyyatda problemlər dərinləşir. Hətta 1 il öncəyə kimi normal fəaliyyət göstərən BNA-ya məxsus yeni avtobuslar da artıq işləməkdən "yorulub əldən düşüb”.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, son vaxtlar axşam saat 20:00-21:00-dan sonra əksər avtobuslar xətdən çıxarılır və qaraja göndərilir. Hətta bəzən 1 saat ərzində cəmi 2 avtobus sərnişinləri daşıyır. Bu səbəbdən interval 20-30 dəqiqəni keçir.


Müşahidələrimiz onu deməyə əsas verir ki, onlarla marşrut xəttində xidmətin keyfiyyətsiz olduqca aşağıdır.

İntervalı 15, bəzənsə 20 dəqiqəni keçən, avtobuslarının çoxu istifadəyə yarasız olan marşrut xətlərinin siyahısını təqdim edirik:

1.133 saylı marşrut - Binəqədi-Gənclik
2.79 saylı marşrut - Binəqədi-28 may
3.165 saylı marşrut - Binəqədi-Yasamal
4.108B saylı marşrut - Mehdiabad-"Azadlıq" metrosu
5.170 saylı marşrut - Binəqədi-Memar Əcəmi
6.2 saylı marşrut - Avtovağzal-Xətai
7.13 saylı maşrut -Avtovağzal-Bakı
8.119 -135 saylı avtobuslar - Xırdalan-Bakı

Eləcə də Mehdiabad, Novxanı və Fatmayıya gedən avtobusların əksəriyyətinin istismar müddəti bitib, interval isə axşam saatlarında 20-30 dəqiqə olur.

Qeyd olunan avtobuslar hələ də "Trans MMC"-nin balansındadır. Onlar müqavilə ilə xətt alıb. Əldə etdiyimiz məlumata görə, bu MMC-lər əvvəllər vəzifədə olmuş yüksək çinli nazir və generalların ailə biznesinin tərkibindədir.

Mövcud qaydalara görə, şəhərdaxili avtobuslar maksimum 10-12 dəqiqə intervalla işləməli, 30-dərəcədən istidə isə kondinsionerlər işləməlidir. Ancaq təəssüf ki, bir çox avtobuslar təmizlənmir, oturacaqlar və döşəmələri bərbad haldadır. Ayaqüstü gedən sərnişinlərin sayı isə avtobus tutumunun 10-20%-dən olduqca çoxdur.





Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar