Ru
13:05 / 19 Yanvar 2023

İqtisadçıdan minimum əməkhaqqı ilə bağlı vacib təklif

4138
"Ölkədə on milyon insan var. Rəsmi rəqəmlərə görə, onların 5 milyonu məşğuldur. Bu o deməkdir ki, ən azı iki nəfər üçün bir işləyən var. Elə ailələr də var ki, 5 nəfərdən ibarətdir və onlardan yalnız biri işləyir. Yenə də orta hesabla bir işləyənə iki nəfər düşür. Hökumət ehtiyac meyarını bir nəfər üçün 246 manat müəyyən edib. Amma minimum əməkhaqqı təxminən 492 manat olmalıdır. Bugünki şərtlər daxilində bu məbləğ qismən də olsa, qənaətbəxş sayıla bilər".

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov​ deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının müəyyən edilməsinin Azərbaycan modeli qeyri-adekvatdır. Bazar iqtisadiyyatında baş verənlərə daha çevik reaksiyaya əsaslanan bir model yaradılmalıdır:

"Birincisi, burada institutlaşma olmalıdır. Yəni minimum əməkhaqqı səviyyəsi kollektiv sövdələşmələr nəticəsində müəyyən edilməlidir. Bir tərəfdə işçiləri müdafiə edən təşkilatlar, digər tərəfdə işəgötürənlər, başqa bir tərəfdə dövlət olmaq şərtilə ən azı ildə bir dəfə bu məsələ ciddi müzakirə olunmalı və ortaya bir rəqəm çıxarılmalıdır. Düzü, indiki halda Azərbaycanda belə bir institutun formalaşması real görünmür. Çünki bizdə təşkilatlanma və institutlar yoxdur. Hesab edirəm ki, bugünki şərtlər daxilində bizdə minimum əməkhaqqı səviyyəsinin müəyyən bir həddə çatdırılmasından sonra mütləq ildə bir dəfə infilyasiyaya uyğun indeksləşdirmə​ qanuna salınmalıdır. Yəni necə ki əmək pensiyaları "Əmək pensiyaları" haqqında qanuna görə hər ilin əvvəlindən etibarən orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir, minimum əməkhaqqı ilə də bağlı eyni addım atılmalıdır. Belə olduğu halda biz adekvat rəqəm əldə etmiş olarıq".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər