Ru
09:27 / 14 İyun 2025

İran bu ölkələri HƏDƏLƏDİ - VURACAĞIQ

İran bu ölkələri  HƏDƏLƏDİ - VURACAĞIQ
Eye

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.

Bakupost.az xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın İran ərazisinə İsrail zərbələrində iştirak etdiyini bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar