Ru
16:22 / 09 İyul 2025

İran rəsmisi Pezeşkianı təhqir etdi

İran rəsmisi Pezeşkianı təhqir etdi
Eye

Rəşt Şəhər Şurasının üzvü və sərt fundamentalist dairələrə yaxınlığı ilə tanınan Rza Aşəri İran prezidenti Məsud Pezeşkiana qarşı təhqiramiz ifadələrlə dolu bir çağırışla gündəmə gəlib.

Bakupost.az "MOUZE"yə istinadla xəbər verir ki, Aşəri “Instaqram” paylaşımında İsraildən Pezeşkiyana qarşı sui-qəsd etməyi istəyib.

“İsrail, bir yaxşılıq edərsən? Bizim prezidentimizi – İbrahim Rəisini öldürdün. Bu yeni prezident əvvəlkindən qat-qat inqilabçıdır. Ona da yüksək şəhadət nəsib etməyini xahiş edirik”,- deyə Aşəri yazıb.

O, habelə Pezeşkianın simasına və çıxışlarına ironik və təhqiredici şəkildə toxunaraq onun “ölməyə hazır göründüyünü” bildirib.

Bu açıqlama, Pezeşkiyanın Astara şəhərində ana dilində – türkcə etdiyi çıxışdan sonra səsləndirilib.

Prezidentin bu addımı bölgə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Rəşt Şəhər Şurasının üzvünün çıxışı isə ölkə daxilində kimlik və dil məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərir.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar