Ru
18:37 / 17 İyul 2025

İrana casusluq edən İsrail əsgəri həbs edildi

İrana casusluq edən İsrail əsgəri həbs edildi
Eye

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet, polis və hərbi kəşfiyyatın birgə əməliyyatı nəticəsində İranın kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinən bir İsrail əsgəri saxlanılıb.

Bakupsot.az Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, saxlanılan hərbçi pul qarşılığında İran tərəfinə dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəli olmayan məlumatlar ötürüb. Bu məlumatlara İsrail ərazisinə düşən raketlərin fotoşəkilləri və hərbi dinləmələrin videoyazıları da daxildir. İsrail rəsmiləri hadisəni ciddi casusluq faktı kimi qiymətləndirərək istintaqın davam etdiyini bildiriblər.

Eyni gün ərzində daha bir casusluq hadisəsi qeydə alınıb. Negev bölgəsindən olan 33 yaşlı bir müəllimin də İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və onların tapşırıqlarını yerinə yetirdiyi bildirilir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar