Məhsa Əmininin öldürülməsindən sonra İranda başlayan aksiyalar davam edir.
Bakupost.az xəbər verir ki, bu gün aksiyaların 64-cü günüdür.
Güney Azərbaycan Teleqram kanallarının yaydığı məlumata görə, bu gün Xomeyn şəhərində Xomeyninin doğulduğu ev etirazçılar tərəfindən yandırılıb.
Təbrizdə isə SEPAH terrorçu qüvvələrinin qətlə yetirdiyi azərbaycanlı Aylar Həqqinin bu gün dəfn mərasimi keçiriləcək.
Aksiyaların 64-cü günündə həbslər də davam edir. Son məlumatlara görə, teatr aktyoru Rza Əmiri SEPAH qüvvələri tərəfindənhəbs olunub. Həbs olunanlar arasında azərbaycanlı fəal Maedə Qaragöz də var. Aksiyalar başlayandan o, artıq ikinci dəfə həbs olunur.
Azərbaycanlı fəal Fərhad Pah Ruh isə Təbriz prokurorluğuna çağırılıb.
Bu arada İsrailin Müdafi naziri Benni Qants Pentaqon rəhbəri Lloyd Ostin ilə telefon danışığında İranın qlobal təhlükə olduğunu bildirib. O, İrandan gələn qlobal və regional strateji təhlükə ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini zəruri hesab edib.
Aynur,
BakuPost