"İran-Azərbaycan münasibətlərinin olmazsa-olmazı var. Bunlar ilk növbədə ərazi bütövlüyünün tanınması məsələsidir. Qarşılıqlı şəkildə münasibətlərin inkişafına üçüncü ölkələrin müdaxiləsi yolverməzdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ildə Zəngilana səfərə gedərkən Xudafərin körpüsünə tərəf baxaraq körpünü "dostluq körpüsü" adlandırıb. Bu gün də Azərbaycan prezidentinin siyasəti sayəsində İran-Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır. Bu həm simvolik mənada belədir, həm də Araz dəhlizi üzərindən Azərbaycanı Naxçıvana birləşdirəcək körpü var”.
Bunu
Bakupost.az -a millət vəkili Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, İran-Azərbaycan münasibətləri mehriban qonşuluq siyasətinə əsaslanmaqla region dövlətlərinin qarşılıqlı şəkildə inteqrasiyasına və yüksək səviyyəli əməkdaşlığına söykənir. Bu mənada Azərbaycan və Türkiyənin irəli sürdüyü "3+3" formatı və onun perspektivləri İran-Azərbaycan münasibətlərinin cazibədar tərəflərindən biridir:
"Eyni zamanda daha böyük mənada Şimal, Cənub, Şərq, Qərb layihələri üzrə İran və Azərbaycanın çox böyük əməkdaşlıq perspektivləri var. Düşünürəm ki, İran Prezidentinin Azərbaycana səfərindən sonra bütün bu istiqamətlərdə, mənəvi sferalarda da münasibətlərin dərinləşməsi üçün yeni şərtlər formalaşmış oldu. İran-Azərbaycan münasibətləri özünəməxsus spesifikası olan münasibətlərdir. Çünki görüş zamanı hər iki ölkə prezidentlərinin ifadə etdiyi kimi, bu münasibətlər ortaq tarixi keçmişə, ortaq mədəniyyətə söykənməklə bu gün də canlıdır".
Sevinc,
BakuPost