Ru
14:18 / 04 Sentyabr 2024

İrəvandan dəhlizə nəzarətin özəl şirkətə verilməsi barədə - YENİ AÇIQLAMA

İrəvandan dəhlizə nəzarətin özəl şirkətə verilməsi barədə - YENİ AÇIQLAMA
Eye

Bakı ilə açılacaq kommunikasiyaların beynəlxalq özəl şirkətin nəzarətinə verilməsi ilə bağlı açıqlama ətrafında hələlik əlavə məlumat yoxdur.

Bakupost.az news.am-a istinadla xəbər verir ki, bunu sentyabrın 4-də Ermənistan parlamentində jurnalistlərlə söhbətində xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

“Hələlik yalnız bunun mümkünlüyü müzakirə olunur. Hələlik əlavə məlumat yoxdur, təfərrüatlar müzakirə olunmayıb, bununla bağlı dəqiq razılaşma yoxdur”, - Səfəryan bildirib.

Bunun Ermənistanın suverenliyi prinsipini pozub-pozmayacağı ilə bağlı suala Səfəryan mənfi cavab verib.

“Bu, təfərrüatlardan asılıdır. Şirkət xidmət göstərə bilər. Yolda erməni gömrükçüləri və sərhədçiləri də olacaq. Bu, “Dünyanın kəsişməsi” layihəsinin məntiqinə uyğundur, baxmayaraq ki, onunla birbaşa əlaqəsi yoxdur”, – deyə Səfəryan fikirini yekunlaşdırıb.

O əlavə edib ki, bununla bağlı ilkin razılaşma belə yoxdur.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar