Ru
13:23 / 02 May 2025

İsrail Dəməşqdə prezident sarayını hədəfə aldı

İsrail Dəməşqdə prezident sarayını hədəfə aldı
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu bu ölkə hərbçilərinin Suriyanın paytaxtı Dəməşqə, Prezident Sarayına yaxın əraziyə hava zərbəsi endirdiyini bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu hücumun druz icmasının müdafiəsi məqsədi daşıdığını vurğulayıb.

Netanyahu və Müdafiə naziri İisrael Katz birgə bəyanatlarında bildiriblər ki,“bu, Suriya rejiminə açıq mesajdır, Dəməşqin cənubuna heç bir qüvvənin yerləşməsinə və druz icmasına qarşı hər hansı təhdidə icazə verməyəcəyik".
İsrail ordusunun məlumatına görə, zərbə Suriya Prezidenti Əhməd Hüseyn əl-Şaraanın sarayına bitişik əraziyə endirilib. Hücumun konkret hədəfi açıqlanmayıb. Suriya tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bu, İsrailin son iki gün ərzində Suriyaya endirdiyi ikinci hava zərbəsidir. Hücumun, bu həftə ərzində druz icması ilə sünni silahlılar arasında baş verən məzhəb qarşıdurmaları fonunda həyata keçirilib. Qarşıdurmalarda onlarla insanın həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ölkədə qeyri-sabitlik artıb. Yeni prezident Əhməd əl-Şaraa inklüziv idarəetmə vəd etsə də, artan məzhəb zorakılığı narahatlıq doğurur.

Zəhra Məlikova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar