Ru
21:43 / 14 Noyabr 2023

İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı

İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı
Eye

“Əş-Şəfa” tibb kompleksi tamamilə İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb və təxliyə qərarı xəstəxana administrasiyası tərəfindən verilir.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstinin səhiyyə naziri May əl-Keyla deyib.

“Əş-Şəfa" tibb kompleksi tamamilə İsrail tankları və əsgərləri tərəfindən mühasirəyə alınıb. Xəstəxana kompleksinin boşaldılması qərarını xəstəxana rəhbərliyi verir, kompleksdə çoxlu sayda yaralı olduğu üçün bu, mürəkkəb məsələdir. Çünki onların bir çoxu süni nəfəs aparatına qoşulub. Əgər bu sistem dayansa, dərhal öləcəklər”, - nazir bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar