Ru
22:54 / 03 Aprel 2024

İsrail səfiri Livana xəbərdarlıq etdi: "Nəticələri dəhşətli olacaq"

1537
"İki dövlətin sərhədində İsrailə qarşı ikinci cəbhə açılarsa, Livanı dəhşətli nəticələr gözləyir".

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bunu İsrail dövlətinin Rusiya Federasiyasındakı səfiri Simona Halperin deyib.

Diplomat qeyd edib ki, əgər ikinci cəbhə açılsa, Livan üçün ağır olacaq. Onun sözlərinə görə, İsrailə qarşı hərbi əməliyyatın ərəb dövləti üçün nəticələri dəhşətli olacaq.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.

Livanın şiə təşkilatı Hizbullah HƏMAS-a dəstək ifadə edib. İsrailə raket hücumları başladı və İsrail hərbçiləri buna cavab olaraq Livan ərazisini atəşə tutmağa başlayıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər