Ru
14:55 / 23 İyun 2025

İsrail Tehranda Evin həbsxanasını vurdu: Məhbuslar qaçır - VİDEO

İsrail Tehranda Evin həbsxanasını vurdu: Məhbuslar qaçır - VİDEO
Eye

İsrail Müdafiə Qüvvələri Tehranda yerləşən və siyasi məhbusların saxlanıldığı Evin həbsxanasının girişinə hava zərbəsi endirib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.

Nazir hadisəni İran rejiminin əsas strukturlarına qarşı həyata keçirilən "misilsiz hücumlar dalğası"nın bir hissəsi kimi dəyərləndirib.

Bildirilir ki, hücumlar İranın paytaxtında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər daxili təhlükəsizlik obyektlərinə də yönəlib.

Evin həbsxanası İranın ən tanınmış cəzaçəkmə müəssisələrindən biri sayılır və burada uzun illərdir siyasi dissidentlər, ikili vətəndaşlığı olan şəxslər, Tehranın Qərblə danışıqlarda girov kimi istifadə etdiyi əcnəbilər saxlanılır. 1971-ci ildə şah rejimi dövründə istifadəyə verilən bu müəssisə, 1979-cu il inqilabından sonra da fəaliyyətini davam etdirib.

Həbsxana beynəlxalq insan haqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub və həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb.
Qeyd edək ki, bu zindanda on minlərlə məhbus edam edilib. Hazırda zindanda saxlanılan məhbusların əksəriyyəti azərbaycanlılardır. Onlar İran rejiminə qarşı çıxdıqları üçün həbs ediliblər.

İsrailin həbsxanaya zərbəsindən qısa müddət sonra məhbusların həbsxananı tərk etdiklərinə dair görüntülər yayılıb.



Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar