İsrailin İranın paytaxtı Tehrana endirdiyi aviazərbə nəticəsində azı beş nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Nour News” xəbər agentliyi xilasedici xidmətlərin məlumatına istinadən xəbər verib.
Agentliyin məlumatına görə, daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün xəsarət alanlar Tehran şəhərinin şimal-şərqində yerləşən Narmək rayonunda dağıdılmış binanın altından çıxarılıb.
“5 qurban və 20 yaralı dağıdılmış binadan çıxarılıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İran ərazisinə hücum edib. Natanz, Xürrəmabad və Həmədan şəhərləri atəşə tutulub. Zərbələr İranın nüvə proqramının əsas obyektlərinə yönəlib. Onların sırasında uranın zənginləşdirilməsi zavodu və raket silahlarının hazırlanması mərkəzləri də var.
Lalə,
BakuPost