İsrailin Qəzza zolağının şimalında BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) himayəsində olan məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzada media ilə iş idarəsi məlumat yayıb.
Qurumun Telegram kanalında dərc olunan məlumatlara görə, İsrailin Cəbəliyədəki Əbu Hüseyn məktəbinə endirdiyi zərbə nəticəsində “28 nəfər ölüb, 160 nəfər yaralanıb”.
İdarədən bildirilib ki, keçmiş təhsil ocağının binasında məcburi köçkünlər yaşayırmış.
Daha əvvəl WAFA 17 nəfərin öldüyünü bildirmişdi. Onun məlumatına görə, hücumdan sonra qonşu ərazidə yerləşən çadır şəhərciyində yanğın baş verib.
Zaur, BakuPost