Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun sakini Leyla Heydərova itkin düşüb.
Bakupost.az “Qafqazinfo”ya istinadən itkin düşən xanımla bağlı bəzi məlumatları təqdim edir.
Biləsuvardan Cəlilabad rayonunun Hacıməmmədli kəndinə gəlin köçən 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı üç uşaq anasıdır.
Leylanın yaxınları bildirib ki, son vaxtlar psixoloji vəziyyətinin ağır olmasına görə, o, hətta intihar fikirlərinə də qapılıb.
Məlumata görə, Leyla noyabrın 24-ü evdə heç kəs olmayanda kəndi tərk edib.
Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib. Onlar Leylanın hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu düşünür.
Qeyd edək ki, Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçübmüş.
Hadisə ilə bağlı araşdırmalar davam edir.