Ru
00:10 / 12 İyun 2024

İtkin düşüb həlak olan hərbçimiz dəfn olundu

1168
Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri dəfn edilib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, Ceyhun Huseynovun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. Evindən mərhumla vida mərasimi keçirilib, daha sonra cənazə namazı qılınıb.

C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər