Ru
16:20 / 05 Oktyabr 2022

Keçmiş icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir - Adlar

6736
Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.

Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.
Şərhlər
  • Subhan

    Sübuta yetirilməmiş dediyuniz işlə bağlı məhkəmənin qanuni qüvvəsi i almış hökmü var. Şərəfu oıan 5 ailəni başsız, 10 yşağı yetim qoymaz. Şərəfsuzlər

  • MEHİ

    BU REJİM BELƏ OPERATİV İSLƏYƏNDİRSƏ ELƏ TƏRTƏR GƏTLAMİ YARADANİ TUTSUN MİNLƏRLƏ İNSAN GƏTLƏ YETİRİLİB İSKƏNCƏ KORUB HEC NƏCİMƏDDİN XANLAR BƏYLƏRİN ADİNİ CƏKMƏYƏ GORXUR 50 İL BUNDAN ONCƏ SUBUTA YETİRİLMƏMİS BİR İS UCUN TEZ TUTUR ELXAN BƏY SƏRƏFLİ LƏYAGƏTLİ BİR İNSANDİR VƏ NƏ EDİB HAGGA EDİB ONA İFTİRA ATA BİLMƏZSİZ

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər