Ru
19:50 / 12 Aprel 2024

Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib-FOTO

Neftçalada molla narkotik satarkən saxlanıldı -  Yenilənib-FOTO
Eye

Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

Bakupost.az -ın məlumatına görə, ötən gecə DİN əməkdaşları rayonda narkotik əməliyyatı keçirib.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Salmanov Samid Şakir oğlu olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

Neftçalada mədrəsədə çalışırmış.

Axund Samidə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.


***
19:50

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.







Elnur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar