Qazaxda qəza olub, xəsarət alanlar var.
Bakupost.az "Unikal"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Belə ki, hərəkətə olan "VAZ" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.