Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.
Bakupost.az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.
"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.
V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.
Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.