Ru
17:15 / 08 May 2025

ABŞ bu proqrama son qoymalıdır - Putin və Cinpindən tələb

 ABŞ bu proqrama son qoymalıdır - Putin və Cinpindən tələb
Eye

Rusiya və Çin ABŞ və müttəfiqlərinin hərbi bioloji proqramlarından narahat olduqlarını bildirərək, bu fəaliyyətlərə dərhal son qoymağa çağırıblar.

Bakupost.az xəbər verir ki, iki ölkə liderləri arasında danışıqların yekunları ilə bağlı Kremlin saytında birgə bəyanat dərc olunub.

"Tərəflər ABŞ-ın həm öz ərazisində, həm də onun hüdudlarından kənarda hərbi-bioloji fəaliyyətini qəbuledilməz hesab edir. Bu cür hərəkətlər digər dövlətlərin və regionların təhlükəsizliyini təhdid edir", - sənəddə deyilir.

Bəyanatda həmçinin deyilir ki, Rusiya və Çin hərbi münaqişələrdə kommersiya peyklərindən istifadəni pisləyir.

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin mayın 7-dən 10-dək Rusiyada rəsmi səfərdədir. Mayın 8-də ÇXR rəhbəri Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib. Əsas mövzular dünyadakı vəziyyət, eləcə də Rusiya-Çin münasibətlərinin inkişafı olub.

3,5 saat davam edən görüşdə Rusiya prezidenti Si Cinpinlə Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək və yapon militarizminə qarşı mübarizədə həlak olanların xatirəsini ehtiramla yad etmək barədə razılığa gəlib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar