Ru
09:33 / 27 Oktyabr 2026

Metroda bu istiqamətdə birbaşa hərəkət bərpa olunub?

Metroda bu istiqamətdə birbaşa hərəkət bərpa olunub?
Eye

"Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkətin bərpa olunması ilə bağlı məlumat yayılıb.

"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov görülən işlərin sınaq xarakterli olduğunu və hazırda yoxlamaların getdiyini bildirib.

Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan etibarən "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət , "Həzi Aslanov" - "Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar