Ru
06:59 / 27 Oktyabr 2026

Azərbaycanı hədələyən jurnalist İstanbulda saxlanıldı

Azərbaycanı hədələyən jurnalist İstanbulda saxlanıldı
Eye

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən aksiyada ölkə rəhbərliyinə qarşı təhqir və təhdidlər səsləndirən “Köklü Değişim” media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” və “Karar” nəşrləri məlumat yayıb.

Bildirilib ki, Yıldırım oktyabrın 26-da sosial şəbəkə paylaşımları ilə əlaqədar İstanbul polisi tərəfindən saxlanılıb.

“Köklü Değişim” media qrupu məlumatı təsdiqləyərək hüquqi prosesin vəkil vasitəsilə izlənildiyini açıqlayıb. Onun konkret hansı paylaşımlara görə saxlanıldığı hələlik məlum deyil.

Qeyd edək ki, oktyabrın 13-də “Köklü Değişim”in təşkilatçılığı ilə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyaları keçirilib.

İstanbulda Azərbaycan rəhbərliyini hədəfə alan bəyanatı məhz Muhammed Emin Yıldırım oxuyub.

Məktəblərdə hicabla bağlı qaydaları bəhanə edən təşkilatın bəyanatında Prezident İlham Əliyevə qarşı təhqiramiz ifadələr işlədilib, Azərbaycanın dünyəvi dövlət quruluşu hədəfə alınıb. Həmçinin gələcəkdə xilafət dövləti qurulacağı təqdirdə Azərbaycan rəhbərliyinin məsuliyyətə cəlb olunacağı ilə bağlı təhdidlər səsləndirilib.

Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş açıqlamaları əsas gətirərək Türkiyənin 31 vətəndaşını arzuolunmaz şəxs elan edib. Muhammed Emin Yıldırım da həmin siyahıya daxil edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar