Ukrayna Prezidenti Voloimir Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılması ilə bağlı qanun layihələrini imzalayıb.
"Bakupost" xəbər verir ki, bundan əvvəl Ali Rada Ukraynada səfərbərlik və hərbi vəziyyətin 90 gün müddətinə uzadılması ilə bağlı qanun layihələrini dəstəkləmişdi.
Bu, parlamentin bu tədbirlərin uzadılması üçün səs verdiyi 21-ci dəfədir. Onlar 29 yanvar 2027-ci ilə qədər qüvvədə qalacaq.