Ru
22:00 / 26 Oktyabr 2026

Tənzilə Rüstəmxanlı İstanbulda “İlin Qızıl Adamı” seçildi

Eye

25 oktyabr 2026-cı il tarixində İstanbulda keçirilən 23-cü Beynəlxalq İpək Yolu “İlin Qızıl Adamları” mükafatlandırma mərasimində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı iştirak edib, tədbirdə çıxış edib və “Türk Dünyasına Xidmət Fəxri Mükafatı” ilə təltif olunub.

"Bakupost" xəbər verir ki, çıxışında Azərbaycan–Türkiyə qardaşlığının tarixi və mədəni köklərini, Türk dünyasının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayan deputat xalqlar arasında dostluq əlaqələrinin genişləndirilməsi və Türk dövlətləri arasında əməkdaşlığın inkişafının vacibliyinə diqqət çəkib.

Təxminən 10 ölkədən siyasət, diplomatiya, elm, mədəniyyət, sənaye və iş dünyasının nümayəndələrini bir araya gətirən mərasim Türk dünyasına xidmət edən, müxtəlif sahələrdə uğurları ilə seçilən şəxslərin fəaliyyətinin təqdir olunması baxımından əhəmiyyət daşıyıb.

Tənzilə Rüstəmxanlının “Türk Dünyasına Xidmət Fəxri Mükafatı”na layiq görülməsi Türk dünyasının ortaq dəyərlərinə, qardaşlıq münasibətlərinə və xalqlar arasında əməkdaşlığın inkişafına verilən önəmin ifadəsi olub.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar