İran nüvə proqramını beynəlxalq hüquq çərçivəsində inkişaf etdirməyə davam edəcək və nüvə silahına sahib olmağa çalışmır.
"Bakupost" xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri ilə görüşündə bildirib.
“İran İslam Respublikası nüvə silahına sahib olmağa çalışmır və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvü kimi beynəlxalq hüquq və öhdəliklər çərçivəsində nüvə fəaliyyətini davam etdirmək istəyir”, – deyə Pezeşkian qeyd edib.